
Bakıda və Abşeron yarımadasında sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var, gündüz tədricən kəsiləcək.



















































