Ana Səhifə Sidik ifrazı sistemi Böyrək daşı xəstəliyi

Böyrək daşı xəstəliyi

b_400_0_16777215_0___images_stories_SIDIKIFRAZI_boyrekdasi.jpegBöyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir.

Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar (bu barədə xəstəliyin simptomları bölməsində oxuya bilərsiniz) və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər.

Böyrək daşı xəstəliyinin risk faktorları:

- irsi meylliliyin olması;

- mədə-bağırsaq (qastrit, kolit, xora xəstəliyi və s.) və sidik-cinsiyyət sisteminin (pielonefrit, prostatit, prostat vəzin adenoması, sistit və s.) xroniki xəstəlikləri;

- qalxanvariyanı vəzin funksiyasının pozulması;

- osteomielit, osteoporoz, sümüklərin digər xəstəlikləri və ya travmaları;

- müxtəlif mənşəli zəhərlənmələr və ya infeksion xəstəliklər nəticəsində orqanizmin uzun müddət susuzlaşması;

- orqanizmdə baş verən vitamin (xüsusən D qrupu) çatışmazlıqları;

- sidiyin turşuluğunu artıran qida məhsullarının (kəskin, turş, duzlu qidalar) daimi şəkildə qəbul edilməsi;

- tərkibində duzların yüksək səviyyədə olduğu suların qəbul edilməsi;

- coğrafi faktor. İsti iqlim şəraitində yaşayan insanlarda böyrək daşı xəstəliyinin inkişaf etmə ehtimalı daha yüksək olur;

- ultrabənövşəyi şuaların daimi olaraq çatışmazlığı.

Böyrək daşı xəstəliyinin əlamətləri:

- Bel nahiyəsində olan ağrılar. Bel nahiyəsində (sağ və solda olmaqla bir və ya ikitərəfli) olan küt, üzücü ağrı fiziki gərginlik və ya sadəcə olaraq, bədən vəziyyətinin dəyişməsi zamanı daha da artır. Bu, sidik xaric edən orqanlarda daş olmasının ən xarakterik əlamətlərindən biridir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər. Güclü ağrı tutmasından (sancısından) sonra daşlar sidik ilə birlikdə xaric ola bilərlər.

- Böyrək sancısı. Bu zaman bel nahiyəsində həddən artıq ağrı tutması baş verir. Azalaraq və yenidən başlayaraq ağrı tutması bir neçə gün ərzində davam edə bilər. Daş yerini dəyişdikdə və ya sidik axarından sidik kisəsinə düşdükdə ağrı kəsilir.

- Sidik ifrazının tezləşməsi və ağrılı olması. Belə ağrılar – daşların sidik axarında və ya sidik kisəsində olmasına dəlalət edir. Bəzi hallarda sidik kisəsi boşalmasa da sidik ifrazı birdən kəsilə bilər. Bu “tıxanma” sindromu kimi adlandırılır və bədənin vəziyyətini azca dəyişən kimi, sidik ifrazı davam edir.

- Sidikdə qanın olması. Sidikdə qanın olması güclü böyrək sancısından və ya ağır fiziki gərginlikdən sonra baş verə bilər.

- Sidiyin bulanması.

- Arterial təzyiqin yüksəlməsi.

- Bədən temperaturunun 38-40°C-yədək yüksəlməsi - proses pielonefritin qoşulması üçün xarakterikdir;


İstifadə olunan hər bir material saytın əməkdaşları tərəfindən hazırlanıb və saytın mülkiyyəti sayılır.
Materiallardan istifadə edərkən www.saglamolun.az saytına hiperlink vasitəsi ilə istinad mütləqdir!

Şərhlər 

 
# marif 2012-01-31 13:57
bes bunu nece mualice etmek olar
 
 
# aynure 2013-08-16 15:22
salam mende tez tez siydiye getmeler olur hemde sidiye getme zamani yanmalar olur bunun mualicesi nece olur deyesiz
 
 
# Administrator 2013-08-17 15:39
Hörmətli Aynurə xanım!
Bu iltihabın simptomları ola bilər. Uroloqa müraciət edin. Lazım olan müayinə və analizlərdən sonra həkim Sizə müalicə təyin edəcək.
Allah şəfa versin!
 
 
# zeyzidli 2014-04-27 11:56
Salam hekim. mende sidik ifrazinda problem var sidiye cixanda zeif olur analiz vermishem kristallashma oldugunu dediler uziden de kecmishem boyreklerde prostatda hec bir problem yoxdur mualice yazdilar hec bir xeyri olmadi siz hansi mualiceni meslehet bilerdiniz? evvelceden teshekkurluyumu bildirirem.
 

Sual və ya Şərh yazmaq üçün qeydiyyatdan keçin!

Bəner
Bəner

SON MƏQALƏLƏR

Bəner
Bəner

PARTNYORLARDAN XƏBƏRLƏR və MƏLUMATLAR

OXU! HƏR GÜN BİR SURƏ!

SAĞLAM QİDA

FAYDALI MƏLUMAT

Bəner
Bəner

HƏKİMƏ SUAL

Samir Abdullayev

Samir Abdullayev

Varikoz damar cərrahı. Əmək stajı - 7 il

Damar xəstəlikləri /10692

Şərhlər(38)

Günay Rəsulova

Günay Rəsulova

Pediatr Əmək stajı - 6 il

Pediatriya /7427

Şərhlər(176)

Firuzə Cəfərzadə

Firuzə Cəfərzadə

Həkim-ginekoloq Əmək stajı -7 il

Ginekologiya /1410

Şərhlər(70)

SON SUAL

salam hekim. men 11heftelik hamileyem dol yumurtasinin sag terefinde 12-13 mm ayrilma var. mualicesi var? ne etmeliyem? ilehe 11.07.2014 18:20

Bu təhlükəli haldır. Mütləq ginekoloqa müraciət edin. Müalicəsi var: qadın yataq rejimində olmalıdır, streslərdən uzaq olmalıdır, müəyyən dərmanlar qəbul etməlidir (spazmolitiklər, hormonal preparatlar, vitaminlər və s.).

Allah köməyiniz olsun!

powered by SM FAQ

KALKULYATOR

RƏYİNİZİ BİLDİRİN

BUNU BİLMƏLİSİNİZ!

TESTLƏR

BİZ FACEBOOK-da