Ana Səhifə Kosmetologiya Döşlərin böyüdülməsi

Döşlərin böyüdülməsi

b_400_280_16777215_0___images_stories_KOSMETOLOGIYA_implantant2.jpegDöşlərin böyüdülməsi - hal-hazırda ən çox dəbdə olan plastik əməliyyatdır. Ancaq əməliyyatı etməmişdən qabaq, onun sizin üçün nə qədər vacib olması barədə yaxşı-yaxşı fikirləşmək lazımdır.

Çünki, istənilən digər əməliyyatlar kimi, bu əməliyyatın da orqanizm üçün müəyyən fəsadları ola bilər.

Əvvəllər döşlərin böyüdülməsi üçün bu nahiyəyə müxtəlif gellərdən və ya qadının özünün piy toxumasından istifadə edilirdi. Hal-hazırda döşlərin böyüdülməsi üçün xüsusi gel və ya duz məhlulu ilə doldurulmuş, yumşaq rezin selikon implantantlardan istifadə edirlər. Ümumi narkoz altında aparılan bu əməliyyat təxminən 2 saat davam edir. 18 yaşınadək olan qızlarda bu əməliyyat aparılmır. Əməliyyatın aparılması üçün yuxarı yaş həddi isə yoxdur. Əsas – qadının sağlamlığıdır. Çünki bir sıra xəstəliklər zamanı bu əməliyyat aparılmır.

Əməliyyatın aparılması üçün əsas əks-göstərişlər: arterial təzyiqin yüksəlməsi; ciddi ürək-qan damar sistemi xəstəlikləri; diabet; qalxanvari vəzinin bəzi xəstəlikləri; qanın laxtalanmasının pozulması; daxili orqanların ağır xəstəlikləri; onkoloji xəstəliklər və s. Məhz buna görə əməliyyatın aparılmasından əvvəl qadın ciddi tibbi müayinədən keçməlidir.

Həkim əməliyyatdan öncə qadın ilə döşlərin arzu olunan ölçüsünü müzakirə edir. Hal-hazırda bu məqsədlə xüsusi kompüter proqramından istifadə olunur.

İmplantantın yerləşdirilməsi üçün əksər hallarda döşün alt hissəsində 5 sm ölçüdə kəsik aparılır. Kəsik döş giləsi areolunun kənarı boyunca və ya qoltuqaltı sahədən də aparıla bilər. Bu üsulların hər birinin öz üstünlükləri və güsurları vardır ki, bu barədə qadına həkim tərəfindən mütləq məlumat verilməlidir. Anatomik quruluşundan, qadının istəyindən və s. səbəblərdən asılı olaraq kəsiyin aparılacağı yeri həkim müəyyən edir.

Əməliyyatın növbəti günü heç bir fəsad və narahatlıq olmadığı halda, qadın xəstəxanadan evə yazıla bilər. Əməliyyatdan sonra 3 həftə ərzində (xüsusilə ilk 5 gün ərzində) qolların hərəkəti maksimal şəkildə məhdudlaşdırılmalıdır. Qollara normal yük verilməsinə yalnız 6 həftədən sonra icazə verilir. Əməliyyatdan sonra müəyyən müddət ərzində qadın xüsusi kompression (dar) paltar geyinməli olur. Döş implantantının daxil edilməsindən sonra, 1 il ərzində döş nahiyəsindəki çapığı süni (solyari) və təbii günəş şüalarından qorumaq lazımdır.

Əməliyyatdan sonra qadın bir müddət ərzində özündə diskomfort (narahatlıq) və ağrı hiss edə bilər. Əməliyyat sahəsində şişkinlik, süd vəzilərinin asimmetriyası (uyğunsuzluq) da ola bilər. Adətən, bu dəyişikliklər bir müddətdən sonra keçib gedirlər. Əməliyyatdan xeyli müddət keçməsinə baxmayaraq, qadında əməliyyat sahəsində ağrı və diskomfort qalsa, o mütləq bu barədə həkiminə məlumat verməlidir. Əməliyyatın arzuolunmaz əlavə fəsadları - döşlərin bərkiməsi, nəzərəçarpacaq dərəcədə asimmetriyanın olması, implantantın yerini və ya formasını dəyişməsi və s. Təəssüf ki, heç bir qadın bu fəsadlardan sığortalanmayıb. Bu halda təkrar əməliyyat da təyin oluna bilər. Bundan başqa, əməliyyatdan sonra olan çapıqların nəzərəçarpacaq olması, döş nahiyəsində piqmentasiyanın (piqment ləkələrin), keyləşmənin olması və s. əlamətlər də baş verə bilər.

Müasir implantantların qalma müddəti hər bir halda fərdi olur. Həkimlərin təsdiq etmələrinə görə çəkinin dəyişməz saxlanması və hormonal pozğunluqların olmayacağı təqdirdə implantantların qalmağı 20 ildən artıq da ola bilər.

Bir çox hallarda qadınları döşlərin böyüdülməsi əməliyyatından sonra uşaq əmizdirmənin mümkün olub-olmaması da maraqlandırır. Əgər əməliyyat zamanı döş vəzi toxuması zədələnməmişdirsə, həkimlərin təsdiq etmələrinə görə, bu, mümkün hesab olunur. Ancaq istənilən halda, hamilə olmaq və uşaq əmizdirmək arzusunda olmaq istəyinizi cərraha mütləq əməliyyatdan əvvəl bildirmək lazımdır. Çünki hamiləlik və əmizdirmə vaxtı döşlərin ölçüləri və forması dəyişmiş olur.

İstənilən digər əməliyyatlar kimi, döşlərin böyüdülməsi üzrə aparılan cərrahi əməliyyatı da, yalnız kifayət qədər təcrübəsi olan, yüksək dərəcədə ixtisaslaşmış həkimlərə etibar etmək lazımdır. Ancaq əməliyyatın nəticəsi əksər hallarda yalnız cərrahın peşəkarlığından yox, bədəninə yad maddə (implantant) yeridilən qadın orqanizminin reaksiyasından, qadının həkim tərəfindən verilən məsləhətləri hansı dəqiqliklə yerinə yetirməsindən də asılıdır.

______________________________________________________________________


İstifadə olunan hər bir material saytın əməkdaşları tərəfindən hazırlanıb və saytın mülkiyyəti sayılır.
Materiallardan istifadə edərkən www.saglamolun.az saytına hiperlink vasitəsi ilə istinad mütləqdir!

Şərhlər 

 
# xeyale 2012-10-25 10:46
salam menim 25 yasim var 2il yarim ogluma sud vermisem indise doslerimde deyisiklikler var men ameliyyat eletirmek isteyirem qiymetini zehmet lmasa deyerdiz birde menim yasimda olanlara olarmi bele emeliyat
 
 
# Administrator 2012-10-25 19:16
Hörmətli Xəyalə xanım!
Cərrahla məsləhətləşin. Məsələ burasındadır ki, əgər Siz yenə uşaq dünyaya gətirmək istəyirsinizsə, bu əməliyyatı yalnız uşaq doğulduqdan sonra etdirə bilərsiniz.
 
 
# Cemile 2013-02-26 09:28
doslerin boyudulmesinin qiymeti barede melumat almaq isterdim
 
 
# Administrator 2013-02-27 12:52
Hörmətli Cəmilə xanım!
Biz klinika deyilik. Müasir kosmetoloji klinikalarına müraciət edin.
 
 
# aynuw 2014-02-07 17:03
salam men doslerimi tebii yolla nece boyude bilerem?? xahiw cvb verin
 
 
# Administrator 2014-02-07 20:23
Bu praktik olaraq mümkün deyil.
Xüsusi fiziki məşğələlər var ki, bu məşğələlərin köməyi ilə döşləri bir qədər "qaldırmaq" mümkündür.
 

Sual və ya Şərh yazmaq üçün qeydiyyatdan keçin!

Bəner
Bəner

SON MƏQALƏLƏR

Bəner
Bəner

PARTNYORLARDAN XƏBƏRLƏR və MƏLUMATLAR

OXU! HƏR GÜN BİR SURƏ!

SAĞLAM QİDA

FAYDALI MƏLUMAT

Bəner
Bəner

HƏKİMƏ SUAL

Samir Abdullayev

Samir Abdullayev

Varikoz damar cərrahı. Əmək stajı - 7 il

Damar xəstəlikləri /10692

Şərhlər(38)

Günay Rəsulova

Günay Rəsulova

Pediatr Əmək stajı - 6 il

Pediatriya /7424

Şərhlər(176)

Firuzə Cəfərzadə

Firuzə Cəfərzadə

Həkim-ginekoloq Əmək stajı -7 il

Ginekologiya /1410

Şərhlər(70)

SON SUAL

salam hekim. men 11heftelik hamileyem dol yumurtasinin sag terefinde 12-13 mm ayrilma var. mualicesi var? ne etmeliyem? ilehe 11.07.2014 18:20

Bu təhlükəli haldır. Mütləq ginekoloqa müraciət edin. Müalicəsi var: qadın yataq rejimində olmalıdır, streslərdən uzaq olmalıdır, müəyyən dərmanlar qəbul etməlidir (spazmolitiklər, hormonal preparatlar, vitaminlər və s.).

Allah köməyiniz olsun!

powered by SM FAQ

KALKULYATOR

RƏYİNİZİ BİLDİRİN

BUNU BİLMƏLİSİNİZ!

TESTLƏR

BİZ FACEBOOK-da